XƏBƏRLƏR

“Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çəçivəsində rektorların görüşü

29 iyun, 2022

“Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çəçivəsində  rektorları görüşü

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Rektorlar Konfransının yaradılması” Erasmus+ layihəsi çərçivəsində növbəti görüş Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə toplantı baş tutub. 

Toplantıda Azərbaycan Respublikası Təhsil Nazirinin müavini İdris İsayev, nazir müşaviri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan universitetlərdən 11 rektor və digər səlahiyyətli nümayəndələr iştirak edib. Geniş tərkibdə həyata keçirilən görüşün əsas məqsədi layihə çərçivəsində Rektorlar Konfransının Nizamnamə layihəsinin və layihədə indiyə qədər görülən işlər, eləcə də perspektiv iş planlarının müzakirəsi olub.

Tədbiri giriş sözü açan Bakı Biznes Universitetinin rektoru İbad Abbasov toplantı iştirakçılarını salamlayaraq tədbirin həyata keçirilməsində göstərdiyi öyük dəstəyə görə Təhsil Nazirliyinə öz dərin təşəkkürünü bildirib. İbad Abbasov çıxışında sözügedən layihənin icrası və uğurları barəsində bir sıra mühüm məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Təhsil nazirinin müavini İdris İsayev çıxış edərək təhsilinin keyfiyyətinin yüksəldilməsi, ali təhsildə rəqabətqabiliyyətliliyin artırılması, eləcə də akademik heyətin potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən işlərdən və qarşıda duran tapşırıqlardan bəhs edib. O, “Azərbaycan Rektorlar Konfransının yaradılması” layihəsinin önəminə toxunaraq qeyd edilən məqsədlərə nail olmaqda faydalı olacağını bildirib.  

Layihənin koordinatoru Bakı Biznes Universitetinin Universitet-Sənaye işbirliyi departamentinin direktoru Gülşən Bayramova layihənin icrası haqqında geniş təqdimatla çıxış edəərk, layihənin məqsədi, hədəfləri və fəaliyyət planı barəsində məlumatları toplantı iştirakçıları ilə bölüşüb.

Azərbaycan Dillər Universitetini tədbirdə Elm və innovasiya məsələləri üzrə prorektor, professor Novruz Məmmədov təmsil edib.