XƏBƏRLƏR

“Kanci” kitabı nəşr olunub

28 iyun, 2022

Azərbaycan Dillər Universitetinin (ADU) Serb dili və Mədəniyyəti Mərkəzinin və Yaponiya Araşdırmalar Mərkəzinin birgə layihəsi olan “Kanci” kitabı nəşr olunub. “Sim-sim press” nəşriyyatında işıq üzü görən kitab Yapon dili üçün nəzərdə tutulan innovativ dərslikdir. 

Kitab Belqrad Universitetinin yetişdirdiyi yaponşünas serb alimlərinin innovativ layihəsidir. Yapon dilini Azərbaycan dili ilə müqayisədə öyrənən tələbələr üçün hazırlanmış bu yardımçı dərslik gözəl metodoloji vəsait hesab edilə bilər.

İlk variantında serb dilində tərtib olunmuş dərsliyin azərbaycandilli tələbələrin ehtiyaclarına uyğun tərcümə olunması labüd hesab edilib. Belə ki, dərslik tələbələrə qarmaqarışıq görünən iki mindən çox heroqlifləri öyrənərkən həm əyləncəli, həm də intelektual cəhətdən inkişaf etmələrinə yardımçı olacaq. 

Qeyd edək ki, ADU-da fəaliyyət göstərən Serb dili və mədəniyyəti mərkəzi 2018-ci il may ayının 21-də ADU-nun rektoru, akademik Kamal Abdullanın təşəbbüsü və Azərbaycanın Serbiya Respublikasındakı səfirıliyinin dəstəyi ilə Belqrad Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin güzgü effektli qarşılığı əsasında açılıb.