XƏBƏRLƏR

İnklüziv Təhsil Mərkəzində müdavimlərin sertifikatlarının təqdimetmə mərasimi təşkil edilib

24 iyun, 2022

ADU-nun Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində "Könüllü Proqramı" çərçivəsində həyata keçirilən təlim kursunu uğurla yekunlaşdıran müdavimlərin sertifikatlarının təqdimetmə mərasimi təşkil edilib.

Tədbiri giriş sözü ilə açan  ADU-nun rektorunun müşaviri A.Osmanlı ölkəmizdə, o cümlədən universitetdə inklüziv təhsilin mövcud vəziyyəti barədə məlumat vermişdir.

Təhsil 1 fakültəsinin dekanı professor F.Cahangirov inklüzivliklə bağlı həyata keçirilən tədbirlər, perspektivlər barədə qısa xronika təqdim etmişdir.

Pedaqogika kafedrasının müdiri dos. N.Zeynalova çıxışında inklüziv təhsilin əhəmiyyətindən bəhs etmiş, hazırda bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin keyfiyyətindən danışmış, inkişaf problemlərinin artım tendensiyasından dolayı narahatlığını dilə gətirmişdir.

"Birgə və Sağlam" İB-nin rəhbəri A.Eynalova ölkəmizdə son illərdə inklüzivlik sahəsində görülən işləri dəyərləndirmiş, rəhbəri olduğu mərkəzin fəaliyyəti barədə məlumat vermiş, həmçinin məzunlarımıza çətin və mənəvi dəyəri ölçüyəgəlməz bu işdə uğurlar arzulamışdır.

İnklüzivlik elə bir düşüncədir ki, onu empatiyanın ən ali zirvəsi adlandırsaq yanılmarıq.

Qeyd edək ki, İnklüziv Təhsil Mərkəzində davamlı şəkildə təlimlər təşkil olunur, həmçinin universitetin tələbə kongintentinin təlim ehtiyaclarının ödənilməsi istiqamətində iş aparılır.