ADU-nun əməkdaşı beynəlxalq konfransda iştirak edib
21 iyun, 2022
İyunun 17-də Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Kazan Dövlət Mədəniyyət Universitetinin təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə çoxsəviyyəli dil hazırlığı” mövzusunda IX Beynəlxalq elmi-praktik konfrans keçirilib
Konfransda ADU-nun Türkiyə Araşdırmalar Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov “Türk dövlət və cəmiyyətlərində dil siyasəti” mövzusunda məruzə ilə çıxış edib.
Konfransın elmi heyətində yer alan E.İbrahimova Kazan Dövlət Mədəniyyət Universitetinin rektorunun təşəkkürnaməsi təqdim olunub.