XƏBƏRLƏR

ADU-nun tələbəsi Alpaqut Dünya Kubokunun qalibi olub

21 iyun, 2022

ADU-nun tələbəsi Alpaqut Dünya Kubokunun qalibi olub

 

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq (BMR) fakültəsinin 163 a qrup tələbəsi Anar Məmmədov  10, 11, 12 iyun 2022-ci il tarixlərində Türkiyənin Bursa şəhərində 15 ölkə arasında keçirilən yarışda Alpaqut Dünya Kubokunun qalibi olub.

ADU  İdman klubunun müdiri Yusif Abbasəliyevin məlumatına görə,  yarış 4 sistem üzrə keçirilib; 1) Ayça  2) Batur 3) Caymaz  4) Qurşaq.

Qeyd edək ki, tələbə A. Məmmədov  kuboka  Alpaqut Turan döyüş sənətinin Batur sistemi üzrə Türkiyə, Misir, İraq idmançılarına qalib gələrək sahibi olub.

O,  həmçinin 2018 - 2019-cu illərdə Alpaqut döyüş növü üzrə Dünya çempionatının birincisi olub.

Tələbəmizi təbrik edirik!