XƏBƏRLƏR

Dil bacarıqlarının inkişaf etdirilməsi-danışıq və dinləmə adlı dərs vəsaiti çap olunub

20 iyun, 2022

ADU əməkdaşlarının “Developing language skills-speaking and listening”  (Dil bacarıqlarının inkişaf etdirilməsi-danışıq və dinləmə)  adlı dərs vəsaiti çap olunub

Azərbaycan  Dillər  Universitetinin  müəllimləri – Tofiq Quliyev, Dinarə Muxtarova, Ülkər Əsədova və Aynur Məmmədovanın müəllifi olduqları “Developing language skills-speaking and listening”  (Dil bacarıqlarının inkişaf etdirilməsi-danışıq və dinləmə) adlı dərs vəsaiti  çap olunub.

Dərs vəsaiti bakalavriat səviyyəsinin III kurs tələbələri üçün bir semestr ərzində 30 saat nəzərdə tutulan “Developing Language Skills – Speaking and Listening” seçmə fənnin daha dərindən mənilsənilməsinə, minimum ter­mino­lo­gi­ya­ya yiyələnmək, orijinal mətnləri oxuyub başa düşmək, müsahibi ilə bu sahədə sərbəst ünsiyyət yaratmaq, müstəqil surətdə rəy və mülahizələr irəli sürmək, müxtəlif elmi mənbələrdən istifadə et­mək, mürəkkəb konstruksiyalardan şifahi nitqdə istifadə etmək kimi bacarıq və vərdişlərini yaratmaq məqsədi ilə düşünülmüşdür.

Qeyd edək ki, dərs vəsaiti  dil vərdişlərinin inkişaf etdirilməsi – danışıq və dinləmə seçmə fənninin tədrisinin yüksək informasiyalılığının təmin olunması, tənqidi təfəkkürün inkişafı, yaxın elmlər — tarix, cografiya, kulturologiya və  politologiya ilə olan fənlərarası əlaqənin gözlənilməsi üzərində qurulub.

Həmçinin  dərs vəsaiti müxtəlif sahələrdə, o cümlədən, nəzakətlilik, maraq, inam, dəstək, həyacan, məyusluq və istehza nümayiş etdirilməsində, danışıqlar aparılmasında və ünsiyyət problemlərində, mürəkkəb informasiya mübadiləsində və sairədə ünsiyyət vərdişlərini inkişaf etdirilməsində yardımçı ola bilər.