XƏBƏRLƏR

ADU-da “İnsan hüquqları” mövzusunda dəyirmi masa təşkil olunub

17 iyun, 2022

İyunun 17-də Azərbaycan Dillər Universitetində İnsan hüquqlarına həsr olunmuş dəyirmi masa təşkil olunub.

Tədbirdə universitetin tələbə-müəllim heyəti iştirak edib.

ADU-nun Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Əli Mustafayev insan hüquqları ilə bağlı çıxış edib. Qeyd olunub ki, insan  hüquqları dövlətin daxili müdafiə mexanizmlərindən, o cümlədən, qanunvericilikdə təsbit olunmuş hüquqi normalardan  və müvafiq qurumlardan ibarətdir.

Bildirilib ki, insan hüquqları ideyasının əsasında dayanan iki başlıca dəyər insan ləyaqəti və bərabərlikdir. İnsan hüquqları layiqli həyat üçün vacib olan əsas standartlar kimi başa düşülə bilər; onların universallığı isə, ən azından bu sahədə, bütün insanların bərabər olması ilə bağlıdır. 

Tədbir tələbələrin sualları ilə davam edib.