XƏBƏRLƏR

ADU-nun tələbələri mükafatlandırılıb

15 iyun, 2022

Gənclər və İdman Nazirliyinin dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Respublika Gənclər Debat Forumu: Yaz, 2022” layihəsi çərçivəsində keçirilən “Bakı Gənclər Debat Forumu"nda ADU-nun tələbələri mükafatlandırılıb.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Respublika Gənclər Debat Forumu” çərçivəsində 11 iyun 2022-ci il tarixində dövlət rəsmiləri, deputatlar və tələbələrin iştirakı ilə “Bakı Gənclər Debat Forumu”-nun final və bağlanış mərasimi həyata keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Gənclər Fondunun nümayəndələri, ali təhsil müəssisələrinin prorektorları, təşkilat rəhbərləri və 300-dək tələbə iştirak edib. 

Tədbirdə təşkilatın fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub və ən yaxşı natiqlər, finalçılar, qaliblər mükafatlandırılıb. ADU tələbələrini bu mükafat münasibəti ilə təbrik edirik!