XƏBƏRLƏR

ADU- ilə Dokuz Eylül Universiteti arasında onlayn konfrans keçirilib

08 iyun, 2022

ADU- ilə Dokuz Eylül Universiteti arasında onlayn  konfrans keçirilib

 

Azərbaycan  Dillər Universiteti ilə Dokuz Eylül Universiteti arasında qarşılıqlı bilik və təcrübə mübadiləsinin davamı olaraq, xarici dilin tədrisi və öyrənilməsi istiqamətində təklif edilən fərqli metodların tətbiq olunması məqsədilə 6-7-8 iyun tarixlərində,  Bakı vaxtı ilə saat 10:00-da onlayn formada “Global Perspectives of Second Language Learning and Teaching III International ELT Conference” adlı konfrans keçirilib.

Dokuz Eylül Universitetinin Xarici dillər fakültəsinin direktoru prof. fil.f.d. Gülmira Kuruoğlu və Azərbaycan Dillər Universiteti tərəfindən Tədris məslələri üzrə prorektoru  prof., fil.e.d. Sevinc Zeynalova tərəfindən açıq elan edilən konfransın aparıcı dilləri ingilis, alman və fransız dilləri olub.

ADU-nun Təhsildə Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri fil.f.d. Səyanə Bağırova və Dokuz Eylül Universitetinin Təhsil işləri üzrə müdiri Murat Ata hər iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb, eyni zamanda hər iki universitet arasında yaranan akademik əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüblər.

Aparıcı dili ingilis dili olan konfransın birinci günü fil.f.d. Səyanə Bağırovanın moderatorluğu ilə müəllimlər- Hüsniyyə Tanrıverdiyeva, Nüşabə Abdulrəhimova, Pərvanə Cəfərova və Cəmilə Rəsulova xarici dilin tədrisində dil bacarıqları, dil tədrisində müəllimin rolu, bədən dilinin rolu, dərsin uğurlu təşkili üçün lazım olan müasir və innovativ tədris üsulları ilə bağlı mövzularda təqdimatla çıxış ediblər.

Aparıcı dili alman dili olan konfransın ikinci günü  ped.f.d. Qahirə Axundovanın  moderatorluğu ilə müəllimlər- fil.f.d. Ulduz Aslanova, fil.f.d Naibə Camalova, Gülşən Əhmədova və Nailə Hüseynova təqdimatlarla çıxış ediblər.

Konfransın sonuncu günü  DEU-nun Yabancı dillər okulunun direktor müavini Özlem Köprülü və ADU-nun prof. Gülnarə Sadıxova konfransda çıxış ediblər.

 Daha sonra müəllimlər- fil.f.d. Ülfət İbrahim, fil.f.d. Gülbəniz Camalova, Jalə Salmanova və Xatirə Qarazadə  təqdimatlarla çıxış ediblər.

Konfrans zamanı növbəti belə elmi konfransların canlı şəkildə hər iki universitetdə təşkil olunması fikirləri irəli sürülüb.

Qeyd edək ki, konfransda  digər universitetlərdən  müəllimlər də qonaq kimi iştirak ediblər.