XƏBƏRLƏR

Pakistan mətbuatı Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışını geniş işıqlandırıb

08 iyun, 2022

Pakistan mətbuatı Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışını geniş işıqlandırıb

Xəbər verdiyimiz kimi iyunun 6-da Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı, eləcə də ölkəmizin Pakistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışı olub.

Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, ADU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərova, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov, ADU-nun xarici mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov, Pakistanın Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, bu universitetin prorektorları, müəllim və tələbə heyəti, eləcə də Səfirlik əməkdaşları iştirak ediblər.

Pakistan mətbuat Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışını geniş şəkildə işıqlandırıb. Həmin qəzetlərdən nümunələri təqdim edirik.