XƏBƏRLƏR

ADU-nun tələbə-müəllim heyəti və Fulbrayt təqaüd proqramı üzrə mütəxəssis Nensi Aklsın muzeydə olublar

07 iyun, 2022

ADU-nun tələbə-müəllim heyəti və Fulbrayt təqaüd proqramı üzrə mütəxəssis Nensi Aklsın muzeydə olublar

 

Azərbaycan Dillər Universiteti ilə Amerika Birləşmiş Ştatları Dövlət Departamenti arasındakı akademik əməkdaşlıq çərçivəsində universitetin Təlimdə innovasiyalar kafedrasının müəllimləri- Aygül Eyyubova,  Vüsalə Məmmədova, Fulbrayt təqaüd proqramı üzrə mütəxəssis Nensi Akls, həmçinin Təhsil -2 fakültəsinin 119 (a, b) və 120 (a) qrup tələbələrinin  Heydər Əliyev Mərkəzi daxilindəki muzeyə ekskursiyası təşkil olunub.

Qonaq Nensi Akls və tələbə-müəllim heyəti muzeydə müasir incəsənət nümunələri, qədim musiqi alətləri, Azərbaycanın müxtəlif bölgələrində olan tarixi abidələrin maketləri və el sənətkarlarının əl işləri ilə tanış olub, Azərbaycanın zəngin maddi-mənəvi sərvətlərindən olan xalı, xalça sənəti, onun toxuma üsulları, yaranma, yayılma arealı barədə ətraflı məlumat alıblar.

Nensi Akls muğam sənəti, qədim qavaldaş və Şəki xalça ustasının əl işi olan məşhur “Narlı xalça”sının zərifliyinə heyranlığını bildirib, muzeylə tanışlığının onda yaratdığı xoş təəssüratlarını tələbələrlə, muzey əməkdaşları ilə bölüşüb.