XƏBƏRLƏR

ADU-da yaz semestrinin imtahan sessiyası başlayıb

07 iyun, 2022

Azərbaycan Dillər Universitetində (ADU) 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. İmtahanlar ADU-nun rektoru akademik Kamal Abdullanın 23 may 2022-ci il 39№-li əmrinə əsasən başlayıb. 

İmtahanlar 3 növbədə -  I növbə səhər saat 10:00-dan başlayaraq III növbə saat 18:00-ə qədər davam edir.

Gün ərzində təxminən 1500 tələbə imtahan verir.