Şagirdlər Azərbaycan Dillər Universitetində ekskursiyada olublar
Bakı şəhəri 327 saylı orta məktəbin şagirdləri Azərbaycan Dillər Universitetində (ADU) ekskursiyada olublar. Şagirdlərlə görüşən universitetin rektoru, akademik Kamal Abdulla ADU-nun məktəblərlə olan sıx əlaqəsindən danışıb. Rektor bildirib ki, 4-cü kurs tələbələrinin məktəblərdə olan təcrübəsi uğurla başa çatıb və bir neçə məktəbin kollektivi ilə universitetdə görüş keçirilib.
Diqqətə çatdırılıb ki, ADU-nun geniş beynəlxalq əlaqələri var, 20-dən artıq dil tədris olunur. Dillərin tədrisi zamanı eyni zamanda həmin ölkələrin mədəniyyəti, tarixi, müasir dünyadakı yeri də öyrənilir. ADU-nun zəngin kitabxanası var, tələbələrin elektron resurslardan istifadəsi üçün əlverişli şərait mövcuddur.
Daha sonra şagirdlər və 327 saylı məktəbin müəllimləri universitetlə tanış olublar.