XƏBƏRLƏR

ADU-da “Pedaqogikada yeni yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib

03 iyun, 2022

ADU-da “Pedaqogikada yeni yanaşmalar” mövzusunda dəyirmi masa keçirilib

 

İyunun 3-də Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi və Pedaqogika kafedrasının birgə təşkilatçılığı ilə “Pedaqogikada yeni yanaşmalar”  mövzusunda dəyirmi masa keçirilib.

    Rektorun məsləhətçisi Anar Osmanlı belə tədbirlərin keçirilməsinin tədqirə layiq olduğunu bildirib, mövzu ilə bağlı fikirlərini söyləyib.

Pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru dosent Nigar Zeynalova “Təlimdə tənqidi və kreativ təfəkkürün əhəmiyyəti”ndən danışıb.

Digər çıxışçılar- pedqogika kafedrasının baş müəllim Gülnar Abdullayeva, pedaqogika üzrə fəlsəfə doktoru Səbinə Rüstəmova, kafedranın müəllimi Günay Seyidova  “Emosional intellekt”, “İnkluziv təhsilin təşkili”, “Çevik və sabit intellekt nəzəriyyəsinin  mahiyyəti ” mövzularında danışıblar.

 ADU-nun  Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva kafedralarla dəyirmi masanın keçrilməsi məqsədindən danışıb və aktual problemlərin həllində struktur rəhbərlərinin necə müdafiəçi ola biləcəyi təklifini verib.

Mərkəzin əməkdaşı,  tarix üzrə fəlsəfə doktoru dosent Pərviz Kazımi elmi məqalələrin yazılmasında istinad mənbələrinin qeyd edilməsi, bibliometrik məlumatların ADU akademik mühitə təqdimatını və seminarların keçirilməsini vurğulayıb.

    Tədbir müzakirələrlə sona çatıb.