XƏBƏRLƏR

ADU-da Rus dili və ədəbiyyatı üzrə XIV olimpiadaya yekun vurulub

03 iyun, 2022

ADU-da Rus dili və ədəbiyyatı üzrə XIV olimpiadaya yekun vurulub

 

İyunun 3-də Azərbaycan Dillər Universitetində  Beynəlxalq Rus Dili Günü ərəfəsində Rus dili və ədəbiyyatı üzrə XIV olimpiadaya yekun vurulması münasibətilə təntənəli mərasim keçirilib.

Rus dili və ədəbiyyatı üzrə olimpiada 2009-cu ildən keçirilməyə başlayıb. Olimpiadada müxtəlif məktəblərdən olan müəllimlər iştirak ediblər. Tədbir Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycan nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Qeyd olunub ki, Azərbaycanda rus dilinə marağın azalmadığını, əksinə getdikcə daha da artdığı söylənilib. Gənclərin rus dilinə marağının təsadüfi olmadığını, bunun rus ədəbiyyatına, mədəniyyətinə sevgidən doğduğu söylənilib. Şagirdlərə və onların müəllimlərinə dərindən minnətdarlıq bildirilib.

Azərbaycanın 14 ali məktəbində rus dilinin tədris olunduğunu diqqətə çatdırıb. Azərbaycanla Rusiya arasında uzun əsrlərdən bəri yaxın dostluq münasibətlərinin olduğunu və bu gün həmin estafetin yeni nəslə ötürüldüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Rus dili və ədəbiyyatı üzrə XIV olimpiadanın qaliblərinə diplom və sertifaktlar təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.