XƏBƏRLƏR

ADU idman klubu "Zəfər festivalı"adlı idman yarışlarında iştirak edib

03 iyun, 2022

ADU idman klubu "Zəfər festivalı"adlı idman yarışlarında iştirak edib

 

Azərbaycan Dillər Universitetinin tələbələrdən ibarət ADU  İdman klubunun komandaları  28-31 may 2022-ci il  tarixlərində Bakı şəhəri ali təhsil müəssisələrinin tələbələri arasında  keçirilən  "Zəfər festivalı"adlı idman yarışlarında iştirak ediblər.

ADU İdman klubu müxtəlif idman növləri-  stolüstü tennis, badminton, şahmat, futzal, stritbol, voleybol (oğlanlar), voleybol (qızlar) üzrə 10 ali təhsil müəssisəsinin komandası  arasında öz güclərini sınayıblar.

Onlar yarış müddətində idman növləri üzrə aşağıdakı nəticələr əldə ediblər.

1.Voleybol qızlar - 1ci yer

2.Voleybol oğlanlar - 2ci yer

Məşqçi-müəllim; Q.Sədrəddin

 

3.Stolüstü-tennis - 2ci yer

Məşqçi-müəllim; A.Yusif

 

4.Sritbol - 1 ci yer

Məşqçi-müəllim; P. Fikrət

 

5.Badminton - 3cü yer

Məşqçi-müəllim; O. Mirzə

 

Qaliblər kubok və  diplomla təltif olunublar. Eyni zamanda onlara ADU adına təşəkkünamə və diplom verilib.