XƏBƏRLƏR

ADU-da “Germanistikfest” adlı tədbir keçirilib

03 iyun, 2022

ADU-da “Germanistikfest” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin Alman dilli kafedralarının birgə təşəbbüsü ilə “Germanistikfest” adlı tədbir keçirilib.

Alman dilini öyrənən fakültələrin tələbələri tədbirdə konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə DAAD-nin və OeAD-nun lektorları da iştirak edib.

Sonda adıçəkilən bayramla əlaqədar simvolik olaraq, universitetin həyətində tələbə və müəllim heyətinin iştirakı ilə qızılgül əkilib.

Qeyd edək ki, ilk dəfə keçirilən bu bayramın ənənəvi olaraq hər il keçirilməsi də nəzərdə tutulur.