XƏBƏRLƏR

İndoneziyanın Sultan Aqunq İslam Universiteti (UNISSULA) əcnəbilər üçün onlayn İndoneziya dili və mədəniyyəti kursuna sənəd qəbulu elan edir.

03 iyun, 2022

İndoneziyanın Sultan Aqunq İslam Universiteti (UNISSULA) əcnəbilər üçün onlayn İndoneziya dili və mədəniyyəti kursuna sənəd qəbulu elan edir.

Kursda iştirak ödənişsizdir və kursu uğurla bitirən iştirakçılar serifikat əldə edəcəklər.

 

Kurs yaşı 18-dən az olmayan, İndoneziya incəsənəti və mədəniyyətini öyrənmək istəyən, ingilis dilində ünsiyyətdə ola bilən ali məktəb tələbələri üçün nəzərdə tutulub.

 

Kurs 13 iyul – 15 avqust tarixlərini əhatə edəcəkdir.

 Dərslər bazar ertəsi, çərşənbə və cümə günləri Qərbi İndoneziya vaxtı ilə saat 03:30 – 05:00-da onlayn formatda təşkil ediləcəkdir.

 

Kursa müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:

  • pasport / şəxsiyyət vəsiqəsi / tələbə biletinin surəti,
  • şəkil (qırmızı fonda),
  • universitetdən arayış / diplomun surəti,
  • qiymət cədvəli,
  • CV,
  • motivasiya məktubu (ən azı 250 sözdən ibarət olmalıdır).

 

Kursa müraciət etmək üçün son tarix 23 iyun 2022-ci ildir.

 

Qeydiyyat üçün aşağıdakı keçidə daxil olun: http://cilad.unissula.ac.id/cultura/

 

Əlavə məlumat üçün İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz: https://www.facebook.com/cis.aul