XƏBƏRLƏR

Şəhid tələbəmiz Teymur Osmanlının xatirəsi yad olunub

30 may, 2022

Bu gün şəhid tələbəmiz Teymur Osmanlının doğum günüdür. Onun xatirəsi təhsil aldığı Tərcümə fakültəsində yad olunub.

Xatirə tədbirində şəhidin valideynləri, yaxınları, fakültənin fransız dili ixtisası üzrə təhsil alan tələbələri, şəhidin qrup yoldaşları, rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev, rektorun məsləhətçisi Anar Osmanlı və Teymurun müəllimləri iştirak ediblər.

Tələbə yoldaşları və müəllimləri Teymurun təhsil aldığı illərdən xatirələrini bölüşüblər, onun üçün ayrılmış qeyd kitabçasında yazılan xatirələr səsləndirilib.