XƏBƏRLƏR

“Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” adlı tədbir keçirilib

27 may, 2022

“Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Azərbaycan Dillər Universitetində Təhsil-2 fakültəsinin nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı ilə 28 may Respublika gününə həsr olunmuş “Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” adlı tədbir keçirilib. Tədbirdə fakültə tələbələri və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin III kurs tələbəsi Elvin Vəliyev iştirak ediblər.

Tədbiri Azərbaycan himni ilə açan tələbələr müxtəlif şeir, mahnı və rəqs nömrələri ilə çıxış ediblər. Tələbələr həmçinin Azərbaycan Demokratik Respublikasının yaranması, onun fəalları və Azərbaycan xalqı üçün ADR-in rolundan bəhs ediblər. Tədbirdə rektorun məsləhətçisi Anar Osmanlı, Təhsil-1 və Təhsil-2 fakültələrinin dekanları Fikrət Cahangirov və Salman Nuriyev, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri Gülnarə Sadıxova və kafedranın professor və müəllim kollektivi iştirak ediblər.