ADU-nun tələbəsini Serbiya səfiri qəbul edib
27 may, 2022

ADU-nun tələbəsini Serbiya səfiri qəbul edib
Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 463-cü qrup tələbəsi Ramil Əkbərovu istehsalat təcrübəsindən sonra Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dragan Vladislavlyeviç qəbul edib.
Görüş zamanı səfir cənab D. Vladislavlyeviç istehsalat təcrübəsini və səfirlik tərəfindən təşkil olunmuş ödənişsiz serb dili dərslərini müvəffəqiyyətlə tamamlayan tələbənin əməyini yüksək dəyərləndirib.
Tələbə R. Əkbərovu məsuliyyətli, çalışqan tələbə kimi tanıdığından məmnunluğunu bildirib, ona tanınmış serb yazıçısı Milorad Paviçin “Xəzər lüğəti” adlı kitabını hədiyyə edib.