ADU-nun tələbəsi “Stop Think Act” adlı layihədə iştirak edib

ADU-nun tələbəsi “Stop Think Act” adlı layihədə iştirak edib
Azərbaycan Dillər Universitetinin Təhsil-1 fakültəsinin 2-ci kurs tələbəsi Xəyal Məhərrəmli Erasmus+ proqramı çərçivəsində Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Stop Think Act” adlı layihədə iştirak edib.
İtaliya, İspaniya, Macarıstan, Portuqaliya, Makedoniya, Türkiyə və Azərbaycan kimi 7 ölkədən nümayəndələrin iştirak etdiyi layihədə ölkəmizi ADU-nun tələbəsi ilə yanaşı 7 tələbə təmsil edib.
Gənclərin işçi mobilliyini artırmaq məqsədilə keçirilən layihənin əsas məzmunu isə icma sağlamlığının təmin edilməsində yol hərəkəti təhlükəsizliyinin əhəmiyyətini izah etmək, yol hərəkəti təhlükəsizliyinin qarşısını almaq üçün tədbirlər və fəaliyyət planı hazırlamaqdan ibarət olub.
Fərqli ölkələrdən qatılan gənclərlə birgə komandada çalışmaq, əyləncəli oyunlar təşkil etmək, müxtəlif mövzularda fikir mübadiləsi aparmaq iştirakçılara həm ünsiyyət bacarığının artmasına, həm də yeni sosial mühit qazanmağa şərait yaradıb.
Layihə müddətində fərqli ölkələrin mədəniyyət gecələri də təşkil edilib.