XƏBƏRLƏR

Tələbələrimiz "ARB Media Qrup" şirkətində təcrübə keçirlər

25 may, 2022

ADU- nun Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı "ARB Media Qrup" şirkətində istehsalat təcrübəsində təcrübə keçən tələbələrlə görüşüb.

Görüş zamanı tələbələrin telekanalda olan rəhbərləri onların gördüyü işlər, hazırladıqları süjetlər, müsahibələr və materialların ingilis dilindən Azərbaycan dilinə tərcümələrini yüksək qiymətləndirilib. Həmçinin departament rəhbərləri istehsalat təcrübəsi bitdikdən sonra da tələbələrin həmin şirkətlə mütəmadi əməkdaşlıq edəcəklərini bildiriblər.
Eyni zamanda təcrübəçi tələbə Elnarə Mahmudovanın "ARB Media Qrup" şirkətinin margin.az saytında işlə təmin edildiyi də deyilib.