XƏBƏRLƏR

ADU-da THBAM layihəsi çərçivəsində növbəti təlim keçirilib

23 may, 2022

Azərbaycan Dillər Universiteti koordinatorluğu ilə təşkil olunan THBAM layihəsi çərçivəsində növbəti akademik təlim keçirilib.

Türkiyənin Atılım Universitetinin “Tərcümə və Mütərcimlik” şöbəsinin rəhbəri, Ph.D. N. Berrin Aksoy, “Ardıcıl Tərcümə” və “Sinxron Tərcümə” mövzularında öz maraqlı mülahizələri ilə çıxış edərək, şəxsi və peşəkar təcrübə və metodlarını yerli əməkdaşlarımızla  bölüşüb.

Təlimdə tərcüməçi hazırlığı fəaliyyəti ilə məşğul olan və karyerasını bu istiqamətdə inkişaf etdirmək istəyən German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının, Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının və Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının müəllim və tərcüməçi heyətini iştirak edib.

Mövzuları hərtərəfli izah edən Berrin Aksoy yerli əməkdaşlarımızla qarşılıqlı müzakirələr apararaq, onları maraqlandıran suallara da cavab verib.