XƏBƏRLƏR

ADU-da “Ermənişünaslığın bu günü və sabahı” adlı dəyirmi masa keçirilib

20 may, 2022

Azərbaycan Dillər Universitetində universitetin Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi və Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının birgə təşkilatçılığı ilə “Ermənişünaslığın bu günü və sabahı” adlı dəyirmi masa keçirilib.

Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova görüşün universitetin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü ilə keçirildiyini qeyd edib, mövzunun aktuallığına münasibətini bildirib.

Fransız dili və Mədəniyyət Mərkəzinin müdiri, professor Əsgər Zeynalov “Ermənişünaslığın aktuallığı” mövzusunda çıxış edərək tarixi həqiqətləri üzə çıxarmaq məqsədi ilə bu dilin öyrənilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə universitetin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi, dosent Namiq Kərimov “Ermənistan Respublikasında ordu-xalq munasibətləri”, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Hüseyn Əsgərov “Erməni dilinin öyrənilməsinin əhəmiyyəti”, Erməni Araşdırmalar Mərkəzinin mütəxəssisi Vüqar Həsənov “Erməni millətçilik ideologiyasının formalaşması” adlı mövzularla çıxış ediblər.

Tədbirdə rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev, rektor məsləhətçisi Anar Osmanlı, Beynəlxalq münasibətlər fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli, Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı, dosenti Salman Nuriyev, Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova, Qrammatika kafedrasının müdiri, professor Arif Hüseynov mövzu ilə bağlı fikirlərini bölüşüblər.