XƏBƏRLƏR

ADU-da “Tənqidi və yaradıcı düşüncənin inkişafı yolları” adlı təlim keçirilib

19 may, 2022

Azərbaycan Dillər Universitetində universitetin Təhsil 2 fakültəsi nəzdində Təlimdə innovasiyalar kafedrasının təşəbbüsü ilə universitet müəllimləri üçün “Tənqidi və yaradıcı düşüncənin inkişafı yolları ” (“ Developing Critical and Creative Thinking ”) mövzusunda təlim keçirilib.

İnteraktiv formada keçən təlimdə Azərbaycan Dillər Universiteti ilə Amerika Birləşmiş Ştatları Dövlət Departamenti arasında akademik əməkdaşlıq çərçivəsində Fulbrayt təqaüd proqramı üzrə universitetin Təlimdə innovasiyalar kafedrasına təhkim olunmuş xarici mütəxəssis Nensi Akls və kafedranın baş müəllimi Hüzurə Ağayeva təlimin mahiyyətindən danışıb, mövzu barədə ətraflı məlumat veriblər.

Sonda təlimçilər iştirakçıların suallarını cavablandırıblar.

Qeyd edək ki, təlimdə universitetin Linqvokulturologiya, İngilis dilinin qarammatikası, Xarici dillərin tədrisi metodikası, İngilis dilinin fonetikası və Təlimdə innovasiyalar kafedralarının əməkdaşları iştirak ediblər.