XƏBƏRLƏR

ADU-nun pedaqoji təcrübədə olan tələbələri təqdimat keçirib

19 may, 2022

Azərbaycan Dillər Universitetinin Nizami rayon 210 saylı orta məktəbdə pedaqoji təcrübədə olan IV kurs tələbələri Təlimdə innovasiyalar kafedrasının metodisti Türkan Abbasovanın rəhbərliyi ilə 9,10,11-ci sinif şagirdləri üçün gələcəkdə ali məktəb seçimlərinə kömək məqsədilə təqdimat keçiriblər.

Universitetin 405 b qrupunda təhsil alan təcrübəçi tələbəsi Səma Məmmədli tədbirin mahiyyətindən danışıb, universitetin yaranma tarixi, fəxri məzunları, fakültə və ixtisasları, mübadilə proqramları, beynəlxalq layihələri və dil mərkəzləri barədə ətraflı məlumat verib.

Digər təcrübəçilər- Həmidə Həmidova, Esmira Hüseynli tələbə həyatı, universitet daxilində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatı (ADU TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADU THİK ) və onların nəzdində olan klublar, həmçinin universitetin Tələbə Elmi Cəmiyyəti (TEC) haqqında ətraflı məlumat veriblər.