XƏBƏRLƏR

"Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təqdimatı keçirilib

16 may, 2022

Azərbaycan Dillər Universitetində "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təqdimatı keçirilib.

500-dən çox tələbənin iştirakı ilə keçirilən təqdimat zamanı  təşkilata üzv olma prosesi, könüllülük fəaliyyətinin üstünlükləri, gələcək layihələr barədə ətraflı məlumat verilib.

Təqdimatda həmçinin tələbələr arasında əyləncəli və interaktiv oyunlar keçirilib.