XƏBƏRLƏR

“Bir xalqın qan yaddaşı Şuşa” mövzusunda tədbir keçirilib

13 may, 2022

Heydər Əliyev adına Muzey lektoriyada  “Bir xalqın qan yaddaşı Şuşa”  mövzusunda tədbir keçirilib.

Beynəlxalq münasibətlər kafedrasının müdiri, tədbirin moderatoru professor Aida Yusifzadə giriş məruzəsini edib. Tədbirdə  akademik  Nərgiz Axundova  və  ADU-nun Tədris işləri üzrə prorektoru professor Sevinc Zeynalova çıxış edib. 

Akademik  Nərgiz Axundova “Bir xalqın qan yaddaşı Şuşa” adlı məruzəsində  Şuşanın yaranması, onun bugünə qədər olan qədim və zəngin  tarixi haqqında  tədbir  iştirakçılarına geniş  və dolğun məlumat verib, 30 illik  Şuşa həsrətinin  44 günlük müharibədə əldə olunan qələbə ilə sona çatdığını qeyd edib.