XƏBƏRLƏR

“Critical and Creative Thinking” adlı təlim təşkil olunub

12 may, 2022

Mayın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Keyfiyyətin təminatı və monitorinq şöbəsinin təşkilatçılığı ilə ABŞ-ın Azusa Pasifik Universitetinin professoru   Nancy Ackles tərəfindən BM və regionşünalıq və Filologiya fakültələri nəzdində olan bütün kafedra müəllimləri üçün “Critical and Creative Thinking” adlı təlim təşkil olunub.

Amerikalı professor tam düşüncə azadlığını aşılamaq üçün tənqidi və yaradıcı təfəkkürün vacibliyi haqqında öz fikirlərini bölüşüb. Tələbələrdə yalnız sadə “təfəkkür ” deyil, ən başlıcası onların özlərinin düşünüb hasil etdiyi ideyalara əsaslanan “tənqidi təfəkkürü” yaratmaq və onu inkişaf etdirməyin nə qədər vacib olduğunu vurğulamaq təlimin əsas müzakirə mövzusu olub.