XƏBƏRLƏR

ONLAYN İNDONEZİYA DİLİ VƏ MƏDƏNİYYƏTİ KURSU

10 may, 2022

İndoneziyanın Surabaya Dövlət Universiteti (UNESA) əcnəbilər üçün onlayn İndoneziya dili və mədəniyyəti kursuna sənəd qəbulu elan edir. Kursda iştirak ödənişsizdir və arzu edən hər kəs müraciət edə bilər. Kursu uğurla bitirmiş iştirakçılar serifikat əldə edəcəkdir.

Dərslər həftənin iki günü ərzində Bakı vaxtı ilə saat 10 00-da onlayn formatda təşkil ediləcəkdir.

Kurs 24 may – 10 iyul tarixlərini əhatə edəcəkdir. Bir dərsin müddəti 90 dəqiqədir. 

Arzu edənlərə aşağıdakı kurslardan yalnız birini seçmək fürsəti təklif edilir:

1. Başlanğıc dil səviyyəsi tələbələri üçün şifahi nitq üzrə kurs.

2. Orta dil səviyyəsi tələbələri üçün şifahi nitq üzrə kurs.

3. Başlanğıc dil səviyyəsi tələbələri üçün yazı üzrə kurs.

4. Orta dil səviyyəsi tələbələri üçün yazı üzrə kurs.

Kursa müraciət etmək üçün son tarix 15 may 2022-ci ildir.

Qeydiyyat üçün aşağıdakı keçidə daxil olun: https://oia.unesa.ac.id/page/formulir-pendaftaran-bipa-unesa?fbclid=IwAR2eApJp1gUc0go-RVbfmXuUWnDJJxn48U4O2jqvafGKwex66B72HdqMbcs

Əlavə məlumat üçün İndoneziya Araşdırmalar Mərkəzinə müraciət edə bilərsiniz:

https://www.facebook.com/cis.aul