XƏBƏRLƏR

“Heydər Əliyev elm, təhsil və mədəniyyətin himayədarı” adlı tədbir keçirilib

06 may, 2022

Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin, Təhsil 1, Təhsil 2 və Tərcümə fakültələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev elm, təhsil və mədəniyyətin himayədarı” adlı dəyirmi masa təşkil edilib. 

Tədbiri giriş sözü ilə açan rektorun Sosial məsələr üzrə müşaviri Ələddin Əliyev Heydər Əliyevin gənclərə qayğısından söhbət açıb. Dəyirmi masaya dəvət olunmuş ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı, ADU-nun YAP-ın sədri Qorxmaz Mustafayev, Təhsil 2 fakültəsinin dekanı dosent Salman Nuriyev, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova,Tələbə Elmi Cəmiyyətin sədri Jalə Eyvazova, Təhsil1 , Təhsil 2 və Tərcümə fakültəsinin tələbələri Kərimli Gülüstan, Xasiyev Sinan, Qəribova Rövşanə, Tağızadə Fəridə “Heydər Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafında rolu və Azərbaycan gəncliyi” mövzusunda çıxışlar ediblər. Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva “Heydər Əliyev və Azərbaycanda kitabxana işinin inkişafı” mövzusunda çıxış edib.

Sonda Ələddin Əliyev bu kimi tədbirlərin gənc nəslin ictimai-siyasi, hərbi-vətənpərvərlik tərbiyəsində təsirindən bəhs edərək görüşü yekunlaşdırıb.