XƏBƏRLƏR

ADU-da Erasmus+ proqramı haqqında təqdimat keçirilib

04 may, 2022

ADU-da Erasmus+ proqramı haqqında təqdimat keçirilib. Beynəlxalq əlaqələr şöbəsinin Erasmus + koordinatoru Aytən Məhəməliyeva proqram haqqında tələbələrə məlumat verib.

O, ADU-nun Türkiyənin Hacettepe, Sivas Cumhuriyyət Ankara Universitetləri, Fransanın Montpelier, Bordo, Ruan Universitetləri, İspaniyanın Kadiz və Mursiya Universitetləri, İtaliyanın Kafoskari Universiteti, o cümlədən Polşanın Konin Universiteti, Slovakiyanın Matejbel Universiteti, Rumıniyanın Suçeava, Lucian Blaqa və Piteşti Universitetləri, Serbiyanın Belqrad Universiteti olmaqla ümumilikdə 24 xarici universitet ilə əməkdaşlıq etdiyini bildirib.

Qeyd edək ki, hazırda Erasmus+ proqramı çərçivəsində İspaniyanın Mursiya (4) və Kadiz (2) Universitetində, Serbiyanın Belqrad Universitetində (1), Fransanın Ruan(3) Universiteti də daxil olmaqla umumilikdə10  nəfər ADU tələbəsi  təhsil alır.