XƏBƏRLƏR

ADU-da akademik Zərifə Əliyevaya həsr olunan xatirə tədbiri keçirilib

29 aprel, 2022

Azərbaycan Dillər Universitetinin 2 saylı tədris binasının Oxu Zalında Akademik Zərifə xanım Əliyevanın 99-cu il dönümünə həsr olunmuş "Əbədiyyət Salnaməsinə Adını Yazdıran Qadın" adlı tədbir keçirilmişdir. Tədbir Pedaqogika kafedrasının gənc müəllimi Türkan Ömərova və Təhsil 1 Fakültəsi 201 Qrup tələbələri tərəfindən təşkil olunmuşdur.

Tədbirdə görkəmli alim, oftalmoloq Zərifə xanım Əliyevanın zəngin həyatı, təhsili, tibbi və elmi  fəaliyyəti haqqında geniş məlumat verilmiş, alimin əziz xatirəsi ona həsr edilmiş gözəl şeirlərlə yad edilmişdir. Tədbirdə Pedaqogika kafedrasının müdiri,  dosent Nigar Zeynalova,  kafedranın dosenti Vidadi Bəşirov,   müəllim Sevda Xaspoladova,  Psixologiya kafedrasının baş müəllimi Satibə Fəhratlı  akademik Zərifə Əliyevanın həyat fəaliyyəti, zəngin mənəviyyatı  haqqında məlumat vermiş,  tədbirin gənc nəslin təlim-tərbiyəsində böyük əhəmiyyətə malik olduğunu vurğulamışlar.