XƏBƏRLƏR

"Əziz Şuşa, sən azadsan!”mövzusunda ESSE MÜSABİQƏSİ elan edilir

28 aprel, 2022

Tələbələr arasında “Şuşa ili”nə həsr olunmuş “Əziz Şuşa, sən azadsan!”mövzusunda ESSE MÜSABİQƏSİ
elan edilir 

Müsabiqəyə təqdim olunan esselər 2-4 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində (A4, Arial qarnituru, şriftin ölçüsü 12 pt və interval 1,5) olmalıdır.

Esselər 2022-ci il may ayının 15-dək ADU-nun Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinə (Əsas bina-421-ci otaq) və elektron poçt ünvanına ([email protected]) göndərilməlidir.
Müsabiqədə yalnız ADU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək. Qaliblər isə Tələbə Həmkarlar Təşkilatı tərəfindən pul mükafatları ilə təltif ediləcəkdir:
• Birinci yer - 100 manat
• İkinci yer - 50 manat
• Üçüncü yer - 40 manat
Əlavə məlumat üçün: (+994 55) 543 21 04