XƏBƏRLƏR

ADU-nun rektoru idman yarışlarında qələbə qazanan universitet tələbələri ilə görüşüb

27 aprel, 2022

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla müxtəlif yarışlarda iştirak edərək qələbə qazanan universitet tələbələri ilə görüşüb. Rektor təələbələrin idman sahəsində olan uğurlarını yüksək qiymətləndirib, onlara uğurlar arzu edib. Kamal Abdulla tələbələrə təhsil və idman nailiyyətlərini birləşdirməyi tövsiyə edib, ADU-nun onlara hər cür dəstək olacağını diqqətə çatdırıb.

Görüşdə ADU-da Çempionlar klubunun yaradılması haqqında qərar qəbul olunub.

ADU İdman Klubun müdiri Yusif Abbasəliyev universitet rəhbərliyinə təşəkkürünü bildirib, gənclərin idmana olan həvəsini yüksək qiymətləndirib.

Aprelin 21-də Azərbaycan Dillər Universitetinin (ADU) idman zalında “Narkomaniyaya yox deyirik” şüarı altında  universitet fakültələri arasında keçirilən idman yarışının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

İdmanın voleybol, basketbol, stolüstü tenis, badminton və şahmat üzrə keçirilən yarışlara tələbələr böyük maraq göstəriblər.

ADU-nun Tələbə Həmkarları İttifaqı Komitəsinin maddi dəstəyi ilə keçirilən yarışda 200-ə yaxın tələbə iştirak edib, 80-nə yaxın tələbə diplom və medallarla təltif olunub.