XƏBƏRLƏR

“Tərcüməçi Hazırlığı üzrə Beynəlxalq Akademik Mobillik” - TƏLİM

26 aprel, 2022

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ADU-nun birgə layihəsi olan “Tərcüməçi Hazırlığı üzrə Beynəlxalq Akademik Mobillik” layihəsinə start verilmişdir. Qeyd olunan layihə çərçivəsində, ADU əməkdaşlarına Fransanın Strasburq Universiteti, İtaliyanın Milan Tərcüməçilik Məktəbi, İngiltərənin London Metropolitan Universiteti, Amerikanın Coastal Carolina Universiteti və Türkiyənin Atılım Universitetinin əməkdaşları tərəfindən bir sıra silsilə təlimlər həyata keçirilir.

Növbəti təlim 22.04.2022-ci il tarixində  ADU-nun Bakı Amerika Mərkəzində Strasburq Universitetinin təlimçisi Freudenreich Fabien rəhbərliyi ilə:

1.(Evaluating quality in a professional context: Linguistic Quality Assurance;

2. Useful tools and technologies for translators) mövzusunda  həyata keçirildi.

Digər təlim 23.04.2022-ci il tarixində saat 11:00-16:30-da Alain Tronchot un rəhbərliyi ilə:

1. (An overview of the French publishing landscape. The relationship between literary translators and publishers in France ;

2. Literary translation quality assessment: revision, self-revision and correction. More specific issues of literary translation quality) mövzuları çərçivəsində baş tutub. Təlimdə tərcüməçi hazırlığı ilə məşğul olan müəllimlər iştirak ediblər. Bir sıra faydalı fikir mübadilələri aparılıb və interaktiv keçən təlimlərdə ADU əməkdaşları səmərəli və yararlı məlumatlar əldə ediblər.