XƏBƏRLƏR

Şuşanın azad edilməsinin strateji əhəmiyyəti: müharibənin və münaqişənin taleyinin həll olunması mövzusunda tədbir keçirilib

25 aprel, 2022

ADU-nun Multikulturalizm mərkəzində Şuşanın azad edilməsinin strateji əhəmiyyəti: müharibənin və münaqişənin taleyinin həll olunmasımövzusunda tədbir keçirilib. Tədbirdə Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin iki nəfər I kurs magistrantı və iki nəfər III kurs tələbəsi çıxış etmişdir.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin I kurs magistrantları Rübabə Sadıqova “Şuşa- türk dünyasının mədəniyyət paytaxtı” başlıqlı çıxışında Şuşanın zəngin mədəni irsi və erməni vandallarının mədəniyyətimizə vurduğu zərbələr, Zərifə Cəfərzadə isə “Şuşanın azad olunması əməliyyatı” adlı çıxışında Şuşanın strateji əhəmiyyəti və azad edilməsi əməliyyatları barədə geniş məlumat verdilər. 

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin III kurs tələbəsi Yusif Muradov “Cənubdan Mərkəzə: addım –addım Qarabağ” adlı məruzəsində Azərbaycanın rəşadətli ordusunun 44 günlük müharibə dövründə həyata keçirdikləri əməliyyatlar barədə geniş məlumat vermişdir. Digər tələbə Röya Cəfərli isə “Dünya hərb tarixində yeni təcrübə:Şuşa döyüşləri” adlı çıxışında Şuşa döyüşlərinin mühüm aspektləri ilə bağlı tədbir iştirakçılarını məlumatlandırmışdır.