XƏBƏRLƏR

ADU-da fotojurnalist Əziz Kərimovla görüş keçirilib

22 aprel, 2022

ADU-nun Beynəlxalq jurnalistika şöbəsinin təşkilatçılığı ilə “Rusiya-Ukrayna müharibəsi azərbaycanlı fotojurnalist Əziz Kərimovun gözü ilə” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Nərgiz Qurbanlı qonaq haqqında məlumat verib və  jurnalistlərin bu sahədə fəaliyyət göstərdiyi zaman üzləşdiyi problemləri qeyd edib. Eyni zamanda peşəkar jurnalist olmaq üçün jurnalistikanın funksiyalarına və prinsiplərinə əməl etməyi vurğulayıb. Tələbələrə isə gələcəkdə peşəkar jurnalist kimi fəaliyyət göstərmək üçün tövsiyələr verib. 

Nərgiz Qurbanlı çıxış üçün sözü Əziz Kərimova verib.

Əziz Kərimov Rusiya-Ukrayna müharibəsində üzləşdiyi bir çox problemlərdən söz açıb, eyni zamanda çəkdiyi fotoları və videoları nümayiş etdirib. Müharibə dövründə jurnalistin ekstremal vəziyyətindən və vəzifə borcunu yerinə yetirərkən hiss və həyəcana qapılmamaq təcrübəsindən bəhs edib. Həmçinin Əziz Kərimov Vətən müharibəsində iştirak etdiyinə görə hər iki müharibəni – Qarabağ və Ukrayna savaşlarını müqayisə edib və öz fikirlərini tələbələrlə paylaşıb.

Tədbirin sonunda Əziz Kərimov müəllim və tələbələrin suallarını cavablandırıb və xatirə şəkli çəkilib.