XƏBƏRLƏR

ADU-nun tələbələri ABŞ səfirliyinin "Açıq qapı" günündə

20 aprel, 2022

ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünü qeyd etmək məqsədi ilə ABŞ-ın Bakıdakı Səfirliyi azərbaycanlı universitet tələbələri və media nümayəndələri üçün Açıq Qapı günü keçirib.

Tədbirdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Çərkəzqızı və jurnalistika ixtisasında təhsil alan I kurs tələbələri də iştirak ediblər. Açıq Qapı Günündə səfirliyin əməkdaşlarının təşkilatçılığı ilə ABŞ-Azərbaycan arasında əməkdaşlığı və onun gələcək imkanlarını vurğulayan sərgi yer alıb. Tələbələr səfir Li Litzenberger və səfirliyin digər əməkdaşları ilə görüşüblər, həmçinin ABŞ hökumətinin mübadilə proqramları ilə və xaricdə təhsil üçün imkanlarla tanış olublar. Onlar tələbə vizaları, iş yerləri və səfirlikdə təcrübə imkanları haqqında məlumat alıblar. Tələbələr səfirliyin Dəniz Mühafizəsi dəstəsinin keçirdiyi oyunları maraqla izləyiblər.

Səfir Litzenberqer tədbirdə qeyd edib ki, ABŞ 30 ildir Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizliklə bağlı məsələlər ətrafında çalışır. Səfir ümid etdiyini bildirib ki, tələbələrə müraciət edərək deyib ki, ümid edir ki tələbələr gələcəkdə Amerika Birləşmiş Ştatlarında təhsil alacaq, ora səfər edəcək və ya ABŞ səfirliyi komandasına qoşulacaqlar.

Səfir tələbələrin Azərbaycanın gələcəyində çox mühüm rol oynayacağını qeyd edib. Tədbirin sonunda iştirakçılara ABŞ bayrağının əks olunduğu simvolik hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.