XƏBƏRLƏR

Pedaqoji təcrübəyə aparan yol

19 aprel, 2022

Müəllimlik sənəti və müəllim nüfuzu şəxsiyyətin formalaşmasında böyük rol oynayır. Bu yönümdən tələbənin ali məktəb həyatında əlamətdar hadisə sayılan pedaqoji təcrübə dövrünün böyük əhəmiyyəti vardır.  ADU üzrə 2021-2022 tədris ilində təşkil olunan pedaqoji təcrübə prosesi Bakı şəhərinin ayrı-ayrı məktəblərində sistemli şəkildə aparılır. Biz Təhsil-1 və Təhsil-2 fakültələrinin 4-cü kurs tələbələri ilə ənənəvi pedaqoji təcrübəni Bakı şəhərinin N.Nərimanov rayonunda yerləşən 82 saylı tam orta məktəbdə keçiririk. Pedaqoji təcrübənin uğurlu və səmərəli zəmində qurulması üçün müvafiq proqramlar, dərsliklər, dərs vəsaitləri qabaqcadan kompleksləşdirilmişdir. Pedaqoji təcrübə gündəliyi, xüsusən, tələbələrin əməli-praktik fəaliyyətinə yüksək təsir bağışlayır. Biz dərslərdə müşahidə aparır, onları birgə müzakirə edir, alınan uğurlu və uğursuz nəticələri kollektiv müzakirə edirik. Pedaqoji təcrübənin aparılmasına həm universitet üzrə, həm də məktəb üzrə fəaliyyətin planlı, məqsədyönlü, mütəşəkkil fəaliyyət əsasında təşkilinə ciddi fikir verilir.

Bu işlərin görülməsində Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov, pedaqoq Sevda Xaspoladova, psixoloq Lalə Sadıxova və metodist kimi mən təcrübə ilə əlaqədar öz nəzəri-metodik tövsiyələrimizi mütəmadi olaraq tələbələrə veririk.

Təcrübəçi tələbələr, 417 A qrupundan Güləliyeva Sevinc, 413 B qrupundan Nəzrin Quluzadə, Manya Məmmədəliyeva, Aygün Cümşüdova, Sədiqə Mirzəyeva və Zeynəb Əhmədova, 415 A qrupundan Lalə Tağıyeva, Gözəl Həsənzadə və Gülsarə Babazadə pedaqoji təcrübə prosesini yüksək səy və uğurla davam edirlər.

Metodist, təcrübə rəhbəri:

Gözəl Məmmədova