“Şuşa Azərbaycanın mədəniyyət və tarix incisidir” mövzusunda tədbir
“Şuşa Azərbaycanın mədəniyyət və tarix incisidir” mövzusunda tədbir
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Şuşa Azərbaycanın mədəniyyət və tarix incisidir” mövzusunda tədbir keçirilib. Tədbir ilk olaraq Təhsil-2 fakültəsinin 401b qrup tələbəsi Aytən Məmmədovanın aparıcılığı ilə başlayıb. Tədbiri giriş sözü ilə kafedranın baş müəllimi Könül Fərəcbəyli açaraq Şuşa şəhərinin Azərbaycanın mədəniyyət beşiyi olmasından bəhs edib.
Daha sonra 409b qrup tələbəsi Günel Məmmədli Şuşanın azad olunması haqqında ingilis dilində prezentasiya ilə çıxış edib. Tədbirdə 401b qrup tələbələri Aytən Məmmədova Şuşa musiqisi, Təranə Quluzadə Şuşanın tarixi abidələri, Pürüz Namazova Şuşa xalçaları, Lalə Cangirova Şuşanın məşhur kinoları, Xoşbəxt Qinyətova Şuşa atları, 315a qrup tələbəsi Aysun Məmmədli xarıbülbül haqqında olan video çarxlarla çıxış ediblər. 434b qrup tələbəsi Gülsüm Quliyeva “Azərbaycan əsgəri” adlı şeir ilə çıxış edib.
Tədbiri 14 saylı məktəbin 9c sinif şagirdi Kənan Şahverdiyev “Qarabağ şikəstəsi” və “Xudayar təsnifi” nəğmələrini sədləndirərək davam etmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanı zəfərə aparan lider İlham Əliyevin Şuşa haqqında olan çıxışlarının əks olunduğu video ilə başa çatıb.
Son olaraq Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, dosent Əmralı Şirəliyev Şuşanın Qarabağın tacı və xalqımız üçün müqəddəs, əziz məkan olmasından bəhs edərək tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
.