XƏBƏRLƏR

ADU-nun əməkdaşı Beynəlxalq ədəbiyyat festivalında uğurla iştirak edir

12 aprel, 2022

ADU-nun əməkdaşı, gənc yazar Tural Cəfərli Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsini uğurla keçib. Müəllifin adı qeydiyyatdan keçmiş 102 nəfər arasından əsas favoritlərin sıyahısına düşüb.

Qeyd edək ki, Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək!