XƏBƏRLƏR

Şamaxıda ADU-nun məzunları ilə görüş keçirilib

11 aprel, 2022

Azərbaycan Dillər Universiteti Dil Xidmətləri Təlim-Tədris və Karyera Mərkəzi Şamaxı rayon Sabir qəsəbəsi tam orta məktəbində Şamaxı şəhəri və kəndlərində çalışan ADU məzunları ilə görüş keçirib.

Görüşdə Dil Xidmətləri mərkəzinin əməkdaşları, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Amil Cəfərov, məktəbin direktoru Gülnurə Babaşova və Şamaxı rayon Təhsil şöbəsinin əməkdaşı Ağakərim Ömərov iştirak edib.

Məzunlar üçün “Lüğətin öyrədilməsi üçün innovativ yollar”adlı seminar keçirilib.
Sonda iştirakçılar ADU-nun öz məzunlarına göstərdiyi diqqətə görə universitetin rektoru akademik Kamal Abdullaya və mərkəzin əməkdaşlarına təşəkkür ediblər.