XƏBƏRLƏR

Azərbaycan Dillər Universiteti fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

01 aprel, 2022

Azərbaycan Dillər Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 mart tarixli 140 s nömrəli sərəncamına uyğun olaraq fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir 

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan  Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər azı  iki il elmi və ya elmi-pedaqoji iş stajına malik olmalıdırlar. 

Elmlər doktoru proqramı üzrə dissertanturaya daxil olmaq istəyənlərin seçdikləri ixtisasa uyğun işləmələri tələb olunur.   

Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya sənəd qəbulu 5 aprel 2022-ci il tarixindən 5 may 2022-ci il tarixinədək  nəzərdə tutulur. Fəlsəfə doktoru proqramı üzrə xarici dil imtahanını müvəffəqiyyətlə vermiş iddiaçıların Fəlsəfə fənni üzrə imtahanı 1, 2, 5 sentyabr 2022-ci il, ixtisas imtahanları isə 12, 13 sentyabr 2022-ci il tarixlərində keçirilməsi nəzərdə tutulur.

Fəlsəfə və elmlər doktoru proqramları üzrə doktorantura və dissertanturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”(TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinin tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyatdan keçməlidirlər.

 

                                                                                                                                                                                                                                                                                                          
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 140 s nömrəli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”ndan çıxarış

İxtisasın şifri

Elm sahələri və ixtisaslar

Fəlsəfə doktoru proqramı üzrə

Elmlər doktoru proqramı üzrə

Doktorantura

Dissertantura

Doktorantura

Dissertantura

Cəmi

Dövlət sifarişli və ödənişli əsaslarla

Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli
 əsaslarla
*

Cəmi

Dövlət sifarişli və ödənişli əsaslarla

Ali təhsil müəssisəsinin büdcəsi hesabına və ödənişli
 əsaslarla
*

o cümlədən

o cümlədən

əyani

qiyabi

əyani

qiyabi

Azərbaycan Dillər Universiteti

5704.01

Dil nəzəriyyəsi

1

 

1

 

 

 

 

 

5706.01

Azərbaycan dili

1

1

 

 

1

 

1

 

5708.01

German dilləri

1

 

1

1

 

 

 

1

5709.01

Roman dilləri

1

 

1

 

 

 

 

 

5714.01

Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik

1

1

 

1

1

 

1

 

5716.01

Azərbaycan ədəbiyyatı

1

1

 

 

 

 

 

1

5718.01

Dünya ədəbiyyatı

1

 

1

1

 

 

 

1

5801.01

Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası

1

1

 

1

 

 

 

1

5804.01

Ümumi pedaqogika, pedaqoqgikanın və təhsilin tarixi

1

 

1

 

 

 

 

 

5901.01

Beynəlxalq münasibətlər

1

1

 

 

1

 

1

 

6114.01

Sosial psixologiya

1

 

1

 

 

 

 

 

 

                                    Cəmi:

11

5

6

4

3

 

3

4