“Linqvokulturologiyanın müasir problemləri – Reallıqlar, perspektivlər” mövzusunda elmi konfrans keçiriləcək
AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ
“Linqvokulturologiyanın müasir problemləri – Reallıqlar, perspektivlər” mövzusunda I Beynəlxalq elmi onlayn konfrans
17-18 iyun 2022-ci il tarixində Azərbaycan Dillər Universitetində “Linqvokulturologiyanın müasir problemləri – Reallıqlar, perspektivlər” mövzusunda I Beynəlxalq elmi onlayn konfrans keçiriləcəkdir.
Konfrans aşağıdakı mövzuları əhatə edəcəkdir:
- Elmlərarası inteqrasiya-linqvokulturoloji anlamda
- Xarici dillərin tədrisinin linqokulturoloji aspektleri
- Qloballaşma şəraitində linqvokulturologiyanın aktual məsələləri
- Mədəniyyətlərarası ünsiyyət və tərcümənin linqvokulturoloji problemləri
- Dil və mədəniyyət koqnotiv paradiqm konteksində
Sizi bu konfransda iştiraka dəvət edirik.
Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.
Konfransa göndərilmiş, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər çap ediləcəkdir.
Tezislərin son göndərilmə tarixi: 1 iyun 2022-ci il
Tezislərin tərtibinə qoyulan tələblər:
- müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
- təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
- tezislərin adı – 14 pt, tünd rəng, ortadan;
- tezislərin həcmi – 350-500 söz, format–A4, səhifələr nömrələnmir;
- açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) – 12 pt, tünd rəng;
- tezislər Times New Roman şrifti ilə 12 pt ilə;
- yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
- sətirlərarası məsafə (interval) –1,5 sm;
- istinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119]);
- tezislər elektron variantda təqdim olunmalıdır.
Konfrans iştirakçılarının əlavədə göstərilən qeydiyyat vərəqini doldurub, e-mail ünvanına göndərmələri xahiş olunur. Konfrans Microsoft Teams platformasında keçiriləcəkdir. Qeydiyyatdan keçən iştirakçıların e-mail ünvanına link göndəriləcəkdir.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir, bununla bağlı müəlliflərə əlavə məlumat verilmir.
Təşkilat komitəsi ilə əlaqə nömrələri:
Tel: 050 776 42 18
E-mail: [email protected]
QEYDİYYAT VƏRƏQİ
“Linqvokulturologiyanın müasir problemləri – Reallıqlar, perspektivlər” mövzusunda I Beynəlxalq elmi onlayn konfrans
İştirakçının adı, atasının adı, soyadı, elmi dərəcəsi, elmi adı |
|
Təmsil etdiyi müəssisə, şəhər |
|
Telefon nömrəsi, elektron ünvan |
|