ADU və Türkiyənin Dokuz Eylül Universitetinin əməkdaşlığı çərçivəsində sertifikatlar təqdim olunub
Azərbaycan Dillər Universiteti və Türkiyənin Dokuz Eylül Universitetinin əməkdaşlığı çərçivəsində keçirilmiş "II Beynəlxalq tələbə konfransı"nın iştirakçılarına sertifikat təqdimolunma mərasimi keçirilib.
Onlayn şəkildə keçirilən tədbirdə universitetin tədris işləri üzrə prorektoru, professor Sevinc Zeynalova, Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri, fəlsəfə doktoru Sayana Bağırova və digər unversitetin əməkdaşları- Türkiyənin Dokuz Eylül Universitetinin Xarici dillər fakültəsinin direktoru, professoru Gülmira Kuruoğlu, adıçəkilən unversitetin Tədris məsələləri üzrə şöbənin müdiri Murat Ata qarşılıqlı əməkdaşlıqdan məmnun olduqlarını bildiriblər, görüşün əhəmiyyətindən danışıblar.
Tədbir hər iki universitet tərəfindən sertifikat alan tələbələrin təltifolunması ilə davam edib. Sonda tələbələr təşəkkürlərini bildirib, ürək sözlərini dilə gətiriblər.
Qeyd edək ki, görüş zamanı hər iki universitet arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyindən danışılıb, növbəti tələbə-müəllim konfransları və digər gələcək əlaqələr ətrafında müzakirələr aparılıb.