XƏBƏRLƏR

“Xarici dil müəllimləri təhsildə müsbət dəyişikliklərin liderləri kimi” adlı təqdimat keçirilib

02 mart, 2022

Azərbaycan Dillər Universiteti ilə Amerika Birləşmiş Ştatları Dövlət  Departamenti arasında akademik  əməkdaşlıq çərçivəsində Fulbrayt təqaüd proqramı üzrə xarici mütəxəssis Nensi Akls 14.02-14.06.2022 – ci il tarixlərində universitetdə təlimlərin təşkili, sillabus və fənn proqramlarının tərtib olunmasına dəstək məqsədilə, Təhsil II fakültəsi nəzdində Təlimdə innovasiyalar kafedrası və Keyfiyyətin təminatı və  monitorinq şöbəsinə təhkim olunub.
 
02.03.2022-ci il tarixində Təhsil fakültəsinin 2 saylı binasının “Oxu zalı”ında N.Akls  Təlimdə innovasiyalar kafedrasının təşəbbüsü ilə  “Xarici dil müəllimləri təhsildə müsbət dəyişikliklərin liderləri kimi (Language Teachers as Leaders of Positive Changes in Education)” adlı təqdimat keçirib.  
 
Tədbirdə Təhsil 1 və Təhsil 2 fakültələrinin 20 nəfər müəllim və  işçi kollektivi  iştirak edib. Təqdimat zamanı xarici mütəxəssis dərs prosesində ingilis dili fənnini tədris edən  müəllimlərin  digər fənn müəllimləri ilə müqayisədə daha çox innovativ üsullardan istifadə etmək imkanlarının olduğunu faktlarla vurğulayıb  və bu imkanlardan effektiv istifadə yollarından bəhs edib.
 
İnteraktiv şəkildə keçirilən tədbirdə  iştirakçılar mövzu ilə bağlı fikirlərini bildiriblər və müxtəlif tapşırıqları qrup  şəklində yerinə yetiriblər.