XƏBƏRLƏR

ADU tələbələri millət vəkili Naqif Həmzəyevlə görüşüb

24 fevral, 2022

Azərbaycan Dillər Universitetinin Magistratura şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyevlə magistrların görüşü olub.

Görüş Xocalı faciəsində həlak olmuş insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edilərək başlayıb.
İlk olaraq deputat Naqif Həmzəyev Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması haqqında ətraflı məlumat verib, daha sonra mövzu ətrafında danışıb.

Daha sonra görüş "Həyatda missiyamızın, məqsədimizin nə olduğunu anlamaq" və "Vaxtın, zamanın səmərəli idarə olunmasının üstün cəhətləri" mövzuları çərçivəsində maraqlı müzakirələrlə davam edib.

Sonda tələbələri məqsəd və karyera mövzusunda düşündürən suallar Naqif Həmzəyev tərəfindən cavablandırılıb.
Qeyd edək ki, baş tutan görüşdə əsas məqsəd gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək, onların karyera imkanlarının effektiv olmasını və zamanlarının düzgün idarə olunmasına təkan verməkdir.