XƏBƏRLƏR

Akademik borcların ödənilməsi üçün alt qrupların qeydiyyat prosesi keçiriləcək

21 fevral, 2022

Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinin ELANI

Tələbələrin nəzərinə!

2021-2022-ci tədris ilinin yaz semestri üzrə akademik borcların ödənilməsi üçün alt qrupların qeydiyyat prosesi 22, 23, 24 fevral 2022-ci il tarixlərində keçiriləcək. 

Nəzərinizə çatdırırıq ki, alt qrupların qeydiyyatı cari (yəni II-IV-VI semestrlərdə) tədris olunan fənlər üzrə akademik borcların qeydiyyatı üçün nəzərdə tutulub. Qeydiyyat üçün tələbələr  saat 10:00-dan 17:00- ə qədər  Tələbə qeydiyyatı və biliyin qiymətləndirilməsi şöbəsinə yaxınlaşa bilərlər.